Söndürülməmiş siqaret Yevlaxda Yeni il ağacının yanmasına səbəb oldu - video

Ötən gün Yevlaxda Yeni il ağacı yanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, dekabr ayının 31-i saat 21 radələrində Yeni il ağacının ətrafında olan məişət tullantıları üçün nəzərdə tutulan kauçuk qaba atılan siqaret közü həmin qabda yanğının baş verməsinə səbəb olub.

“Kauçuk qabda baş verən yanğın dərhal polis əməkdaşları tərəfindən söndürülüb. Hadisə zamanı hər hansı bir xəsarət və ciddi ziyan dəyməsi halı aşkar edilməyib. Əlavə olaraq qeyd edək ki, Yeni il ağacına heç bir ziyan dəyməyib”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ