“Müstəntiqə 10 min pul verdiyini dedi” - Bakıda vəkil özünü niyə yandırıb?

Ötən gün, yanvarın 1-də, vəkil Zaur Məmmədov özünü yandıraraq öldürüb. 

Vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. 

Aşur Bədəlsoy bildirib ki, sonuncu dəfə Zaur Məmmədovla cümə günü “whatsApp”  vasitəsilə danışıblar: 

“Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi”. 

Aşur Bədəlsoy qedy edib ki, Zaur Məmmədov işin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini deyib: 

“Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat etdiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı...”

Qeyd edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ