FHN-in yaydığı məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat zamanı təhlükəli vəziyyətdə qalmış bina sakinləri xüsusi təyinatlı texnikalarla təxliyə olunub.
17:40
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Qurumdan verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.