Bakıda gənc qızı vəhşicəsinə döydülər

Nizami rayonunda bir nəfər döyülərək ağır xəsarət alıb.

Buta.media-nın ONA-ya istinadən məlumatına görə, hadisə Qara Qarayev küçəsində baş verib.

1997-ci il təvəllüdlü Könül Rəşidova Nəriman adlı şəxs tərəfindən döyülüb. Qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Nəriman Məmmədovu saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ