Bakıda Yeni il gecəsi güclü yanğın olub - video

Yeni il gecəsi Bakının Xətai rayonunda güclü yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunublar.

Qeyd edək ki, Bakıda Yeni ilin gəlişi münasibəti ilə atəşfəşanlıq keçirilən zaman atılan fişənglərdən biri yaşayış evinə düşüb və daha sonra mənzildə yanğın baş verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ