Xocavənddə yük avtomobili aşıb, ölən var

Xocavənd rayonu Böyük Tağlar kəndində yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb.

Belə ki, Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu “Hovo” markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük avtomobili aşıb. Sürücü A. Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ