Bakıda avtomobil məscidə çırpıldı: ölən var

Ötən gecə saatlarında Bakıda avtomobil idarəetməni itirərək “Heydər” məscidinin divarına çırpılıb.

Buta.media xəbər verir ki, Müslim Saidovun idarə etdiyi “Kia Rio” markalı avtomobil “Heydər” məscidinin divarına çırpılması nəticəsində sərnişin Ədalət Hətəmov hadisə yerində ölüb. 

Sürücü və digər sərnişin Nihat Mehdizadə müxtəlifdərəcəli xəsarətlər alıblar. 

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ