Bakıda küləkli havada 3 nəfər xəsarət aldı: birinin vəziyyəti ağırdır

Güclü küləklə əlaqədar xəsarətlərlə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunur ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan üç nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub.

“Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə öz istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ