Bakıda güclü külək ağacı avtomobillərin üzərinə aşırdı - video

Bakıda güclü külək nəticəsində bir neçə avtomobilə ziyan dəyib.

Bu barədə BAKU.WS saytı görüntü yayıb.

Əhmədli qəsəbəsindəki Mehmandarov küçəsində ağacın aşması nəticəsində “Hyundai Sonata” markalı avtomobilə ciddi ziyan dəyib. Bundan əlavə aşan ağacın budaqları digər maşınlara da ziyan vurub.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimalı var.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ