Gələn ilin buraxılış imtahanlarının keçiriləcəyi vaxt açıqlandı - cədvəl

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb.

DİM-dən verilən məlumata görə, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib.

Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

Qeyd edilib ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.

DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ