Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Yeni il gecəsi Bakı bulvarında atəşfəşanlıq təşkil ediləcək.

Buta.media-nın məlumatına görə, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilən bayram atəşfəşanlığı bulvar ərazisindəki Saat qülləsinin yaxınlığında keçiriləcək.

Dekabrın 31-də saat 00.00-da baş tutacaq atəşfəşanlıqla bağlı artıq həmin ərazidə hazırlıq işlərinə başlanılıb. 

Bundan əlavə, bayramla əlaqədər Bakının mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributlarının və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatının aparılması işləri həyata keçirilib. Müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.    

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ