Bakı-Quba yolunda piyada dəhşətli şəkildə ölüb

Bakı-Quba yolunun 37-ci kilometrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Buta.media-nın məlumatına görə, dekabrın 25-də axşam saatlarında Vüsal Xangəldiyev idarə etdiyi “Ford Tranzit” markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub. Nəticədə piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb.

Təxminən yarım saat sonra isə Elşən Cəfərov adlı şəxs idarə etdiyi “QAZ 31” markalı avtomobillə yolun üzərində qalmış O.Osmanovu vurub. Bu dəfə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ