Bakıda polisin əmrinə tabe olmayan sürücü parkinqdə saxlanılıb - video

Bakıda “Mercedes S Class” markalı lüks avtomobilin sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmayıb. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Kadrlardan da görünür ki, sürücü nəqliyyat vasitəsilə yeraltı parkinqə daxil olur və bu zaman yol polisi xidməti avtomobillə onu təqib edərək həmin ərazidə saxlamağa çalışır.

İddiaya əsasən, hadisə sözügedən sürücü paytaxt ərazisində yüngül yol-nəqliyyat hadisəsi törətdikdən sonra baş verib. Tabesizlik göstərən vətəndaşın parkinq ərazisində 15 dəfəyədək dövrə vurduğu deyilir. 

Görüntülərlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinə sorğu ünvanladıq. İdarənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli saytımıza bildirdi ki, yol polisi əməkdaşının “saxla” əmrinə tabe olmayan sürücü barəsində inzibati qaydada qanunamüvafiq tədbirlər həyata keçirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ