Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində evdə partlayış baş verib.
Buta.media xəbər verir ki, yaşayış evində baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Hüseynov ölüb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.