REAL-dan Cümhuriyyəti anma marafonu

Respublikaçı Alternativ (REAL) partiyası İdarə Heyəti 28 May Respublika günü münasibətilə qərar verib.

Buta.media xəbər verir ki, qərarda partiya üzvlərinə tövsiyə edib ki, 28 May 12 saatlıq Cümhuriyyəti anma marafonu kimi qeyd edilsin. 

İstiqlaliyyət küçəsindəki Cümhuriyyət abidəsi önünə gül-çiçək qoyma üzvlər tərəfindən kütlə şəklində deyil, fərdi qaydada, eyni anda deyil, gün ərzində - səhər saat 08:00-dan, axşam saat 20:00-a qədər - həyata keçirilsin. 

Partiya üzvlərinə bayram anımı zamanı polisin qanuni tələblərinə riayət etmələri tapşırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ