Şuşa yolunda ağır qəzada bir nəfər ölüb

Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər - Elçin Nəzərov ölüb.

Bu barədə Report məlumat yayıb. 

Qəza zamanı sürücü, Biləsuvar rayon sakini Rahil Ağayev yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ