Vətən müharibəsi iştirakçısı 27 yaşında dünyasını dəyişdi

Vətən müharibəsi iştirakçısı Fərid Kərimli 27 yaşında vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.

Onlar bildiriblər ki, Fərid Kərimli Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub. 

Qeyd edək ki, F.Kərimli 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olub. O, “Füzulunun azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ