Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Telefon danışığı zamanı tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.