Pənah Hüseyn telefona “adboy” vermədi... - Kuryoz hadisə

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin başına kuryoz hadisə gəlib.

Partiya sədri bu barədə feysbuk hesabında paylaşım edib.

“Bir az əvvəl “açıq mikrofon” mənimlə də alay etdi. Hörmətli internet televiziya aparıcılarımızdan biri zəng edib məni verilişə dəvət etdi. Mən də xəstə olduğumu bildirdim (red: həqiqətən xəstəyəm, güclə danışıram) və o da cavabında “xəstəsinizsə, gəlməyin” dedi.

Vəziyyətdən (red:gəlməyin sözündən) xeyli xoşlanıb bundan da belə canımı qurtardım demişəm. Sən demə telefonu söndürməyi unutmuşam.

Eşidib və qayıdıb təkrar zəng vurdu ki, axı mən can qurtarılacaq aparıcı deyiləm (red: həqiqəti deyir).

Mən baxmayaraq ki, ondan yox, efirdən can qurtarmağı nəzərdə tuturdum, ancaq yaxşı alınmadı. Mikrofonla ehtiyatlı olmaq lazımdır. Aparıcı xanımdan da üzrlər!”, - deyə P.Hüseyn vurğulayıb.

Sözügedən paylaşıma yazdığı şərhdən bəlli olub ki, partiya sədrinə zəng vuran jurnalist Sevinc Telmanqızı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ