Külək güclənəcək, rayonlara qar yağacaq - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 23-də gündüzdən 24-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Dekabrın 23-də gündüz şimal və qərb bölgələrindən başlayaraq 25-i səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ