“Son zamanlar azyaşlıların özünü binadan atması cəmiyyətdə sensasiya yaratdı”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Abşeron Rayon Prokurorluğunda keçirilən “Açıq qapı” günündə rayon prokuroru Qabil Qasımov deyib.
Onun sözlərinə görə, müəyyən edilib ki, Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyurlar: “İntihar hadisələrinin sensasiya xarakterli hadisə kimi təqdim olunması, növbəti dəfə eyni cür intiharlara gətirib çıxarır”.
Qeyd edək ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qız özünü binadan ataraq intihar edib. Onlardan ikisinin eyni binadan özlərini atması xüsusilə diqqət çəkib və geniş müzakirələrə səbəb olub.