“Biz buraya qayıtmalı idik və qayıtmışıq”

“Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var”.

Bunu Prezident İlham Əliyev futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. 

O qeyd edib ki, Xankəndi qədim Azərbaycan diyarıdır: “Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”.

Dövlət başçısı əlavə edib ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar: “Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ