ADY daha intensiv hərəkət cədvəlinə keçir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 10 yeni müasir sərnişin qatarı aldıqdan sonra gələn il daha intensiv hərəkət cədvəlini təqdim edəcək.

Bunu ADY-nin 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş tədbirdə QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.

Onun sözlərinə görə, sərnişin daşınmaları ADY üçün sosial məsuliyyət deyil, həm də yeni qatarları almağa imkan verir.

Sənubər Nəzərova onu da bildirib ki, hazırda balansında olan 9 qatarla imkan dairəsində QSC yüksək performans nümayiş etdirir. Lakin daha 10 qatar aldıqdan sonra ADY gələn il daha intensiv hərəkət cədvəli təqdim etməyə imkan əldə edəcək.

Qeyd etmək lazımdır ki, ADY-nin aldığı yeni qatarlarda ikisi artıq Bakıya gətirilib, daha iki qatar isə bu ilin axırına kimi Azərbaycana çatdırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ