Azərbaycanda qaynana "qüsur" olan gəlinlə nəvəsini çölə atdı

“1 qadın 3 yaşlı övladı ilə birgə polis tərəfindən sığınacağımıza gətirilib. Qadının görkəmində, üz-çənə nahiyəsində müəyyən fiziki qüsurların olmasını əsas gətirən qaynanası onunla yola getmir. Qaynana deyir ki, mənə belə gəlin lazım deyil”. 

Buta.media-nın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, hazırda gəlinin ailəsi ilə söhbətlər aparılır. Qaynana gəlinlə yola getmədiyini əsas gətirir.

“Qadın özü övladı ilə birgə evdən qovulması haqda polisə müraciət edib”, – deyə birlik rəhbəri əlavə edib. K.Ağazadə qadının əri ilə rəsmi münasibətdə olduğunu da diqqətə çatdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ