Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi

Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Buta.media BakuPost.az-a istinadən xəbər verir ki, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavin Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.

Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.

Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ