Azərbaycanda sabiq icra başçısı vəfat etdi

Sumqayıtın sabiq icra başçısı vəfat edib.

Buta.media Unikal.org-a istinadən xəbər verir ki, Sumqayıt şəhər İcra hakimiyyətinin sabiq başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını dəyişib. 

T. Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

O, 1982-1988-ci illərdə Sumqayıt  şəhər  İcraiyyə Komitəsinin sədri, 2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ