2023-cü ildə Bakıda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 976 manat təşkil edib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 612 manat təşkil edib.