Qız qalası yaxınlığında attraksionların quraşdırıldığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bu, şəhər sakinlərinin narazılığına səbəb olub. Onlar attraksionların qədim şəhərə yaraşmadığını qeyd ediblər.
Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirildi ki, attraksionlar artıq yığışdırılıb.