Bakıda dəhşət - Qız və oğlan özünü binadan atdı

Bakıda iki gəncin ölümü ilə nəticələnən intihar hadisələri baş verib.

Buta.media xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, intiharlardan biri paytaxtın Nizami rayonunda qeydə alınıb.

Q.Qarayev küçəsi, 81 A ünvanında 19 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Digər analoji hadisə Bakının Nərimanov rayonunda, Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanında olub. Burada 25 yaşlı qız özünü binanın yuxarı mərtəbəsindən yerə atıb. O da aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ