“Müəllimlərə göstəriş verə bilmərik ki, uşaqları daha yaxşı öyrətməyin. Bu, yaxşı mesaj olmaz”.
Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, tədris üçün faydalı olan əlavə vəsaitlərin məcburi şəkildə aldırılması müsbət qarşılanmır:
“Dərsliklər hazırlanıb bütün məktəblərə çatdırılır. Bununla bağlı son illərdə ciddi işlər görülüb”, - deyə nazir müavini əlavə edib.