Azərbaycanda şagirdlər mikroavtobusda dəm qazından zəhərləndilər

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib. Hadisə rayonun Qaranuru kəndində baş verib.

Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Saatlı rayon xəstəxanasından verilən məlumata görə, tibb müəssisəsinə zəhərlənmə diaqnozu ilə 1 müəllim və 8 şagird daxil olub. Onlar müayinədən keçirilib, ilkin tibbi yardım göstərilib. Hazırda özlərini yaxşı hiss edirlər, vəziyyətləri stabildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ