Sabiq səhiyyə naziri Əli İnsanovun sədrlik etdiyi Hüquq və Ədalət Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyib.
Bu barədə partiyanın mətbuat xidmətinin bəyanatında deyilir.
Bununla bağlı keçirilən iclasda partiyanın idarə heyəti yekdilliklə qərar qəbul edib.
Partiyanın sədri Əli İnsanov çıxış edərək 2022-ci il noyabrın 3-4-də keçirilən geniş tərkibdə yığıncağında Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini daim dəstəkləmək qərara alındığını xatırladıb: “Bu qərarın davamı olaraq bugünkü iclasda İclasda biz hakim Yeni Azərbaycan Partiyasının qarşıdan gələn növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyi ilə bağlı qərarını dəstəkləməliyik”.