Bloger Asya reanimasiyaya yerləşdirildi - video

Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə bloger Ramal İsayev sosial şəbəkə hesabında məlumat verib.

“Dünən diş çəkimi zamanı Asyanın bədəninə infeksiya keçib. Diş çəkimini narkozla ediblər, sonra da halı pisləşib, - deyə Ramal İsayev bildirib.

Ramal İsayev daha sonra Asyanın ayıldığını və vəziyyətinin yaxşılığa doğru getdiyini deyib: 

“Şükür Allaha Asya ayıldı. Vəziyyəti yaxşılığa doğru gedir. İnşallah ki, tezliklə sağalacaq”.

Qeyd edək ki, bir müddət öncə bloger narkoz vasitəsilə diş çəkimi etdirəcəyi ilə bağlı video paylaşmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ