Lütfi Zadəni fındıq baş adlanan məmur işdən çıxarıldı

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. 
 
Buta.media xəbər verir ki,bu barədə Modern.az-a Akif Əliyə yaxın mənbə bildirib. 
 
Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.
 
Məlumat üçün bildirək ki, bir müddət öncə Akif Əli Azərbaycanlı alim Lütfi Zadə haqqında dediyi fikirlərlə qalmaqala səbəb olmuşudu. Belə ki, o Lütfi Zadəni fındıq baş adlandırmışdı.
 
Xatırladaq ki, Akif Əli  1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O, 2-ci dərəcə Dövlət müşaviridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ