Tramvaylar Bakıya qayıdır - video

İşğaldan azad edilmiş doqquz şəhərdən yeddisinin baş planı hazırdır.

Bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Anar Quliyev deyib.

O bildirib ki, ilkin mərhələdə bərpa olunacaq 83 kənddən 66-nın, səkkiz qəsəbədən altısının şəhərsalma əsaslandırması işlərinin böyük hissəsi yekunlaşıb.

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.

Baş memar sovet dönəmində tikilən binaların sökülməsi məsələsinə də aydınlıq gətirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ