Bu gün Gəncədə azyaşlı qızılcadan vəfat edib.
2019-cu il təvəllüdlü H. Allahyarovun səhhəti qızılca xəstəliyi səbəbindən ağırlaşıb. O, yaşadığı Şəmkir rayonundan Gəncə şəhərinə aparılarkən yolda ölüb.
Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son 1 ayda Azərbaycanda 6 azyaşlı qızılcadan vəfat edib.