Xudatda evləri və obyektləri su basıb - Video

Xudatda bir çox evləri və obyektləri su basıb.

FHN xəbər verir ki, nazirliyin “112” qaynar xəttinə intensiv yağış səbəbindən Xaçmaz rayon Xudat şəhəri ərazisində tikililərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
 

Bununla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ