Bakıda yağışdan sonra acınacaqlı mənzərə - video

İki gündür davam edən yağışlı hava şəraiti paytaxtda müxtəlif fəsadlar törədib.

Bunu əks etdirən görüntülər sosial şəbəkə hesablarında yayılıb.

Belə ki, paytaxtın mərkəzi küçələrində çəkilən görüntülərdən avtomobil yollarına yığılan yağış suyunun nəqliyyatın hərəkətini iflic etdiyi açıq-aşkar görünür.

Qeyd edək ki, eyni hal ötən gün Binəqədidə yaşanmışdı. Kanalizasiya sistemi yağan yağışa tab gətirmədiyi üçün su küçələri və yaşayış evlərinə dolaraq sakinlərə çətin anlar yaşadıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ