Bakıda avtomobil ana və uşağını vurub, uşaq ölüb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, 11.12.2023-cü il tarixdə, saat 10 radələrində 1954-cü il təvəllüdlü Qəmnalı Məmməd oğlu İbrahimov etibarnamə əsasında “Opel Vectra” markalı avtomobillə Nizami rayonu ərazisində hərəkətdə olarkən, idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar 1990-cı il təvəllüdlü Ayişə Mühərrəm qızı Aşırova və onun övladı 2015-ci il təvəllüdlü Aysu Elmir qızı Yaqubəliyevanı vurub, piyadalar Yeni Klinika xəstəxanasına yerləşdiriliblər. Ayişə Aşırova dünən aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb.
Toplanmış material üzrə 12.12.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.