“Prius”da köməksiz qalan gənc xilas edildi - video

Suraxanı rayonunun Zığ şosesində yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə FHN-in qaynar telefon xəttinə məlumat daxil olub. 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobilinin “Mercedes” markalı evakuatorla toqquşması nəticəsində minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ