Azərbaycanda daha bir internet televiziyası rəhbəri saxlanıldı

“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Xatırladaq ki, noyabrın sonlarınd “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ