YAP-ın prezident seçkilərində namizədi İlham Əliyev olacaq

Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

Bu barədə YAP sədrinin müavini – namizMərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.

O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar Tədbirlər Planını yekunlaşdırmaq üzrədir.

Tahir Budaqov qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq, vaxtı açıqlanacaq.

Tahir Budaqov vurğulayıb ki, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə Heyətinə belə bir səlahiyyət verilib.

YAP sədrinin müavini diqqətə çatdırıb ki, artıq prezidentliyə namizəd bəllidir: 

“Uzun illərdir hamı deyirdi ki, kim Qarabağı azad edəcək, o bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, bu titulu daşımağı qazanıb. Hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın fikri bu barədə qətidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ