Bakıda keçiddə avtomobil qadınları vurdu: ölən var

Dünən axşam saatlarında Nərimanov rayonunda ağır yol qəzası baş verib. Saat 19:10 radələrində Əhməd Rəcəbli küçəsindəki piyada keçidində (“Hilal” mağazasının qarşısı) R.Rüstəmov “Xəzər” markalı avtomobillə 4 nəfəri vurub.

Nəticədə piyadalardan 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fərzəliyeva Sevil Abbas qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Daha 2 nəfərə isə yerində tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı Nərimanov RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həmin ərazidən mütamadi olaraq istifadə edən vətəndaşlar bildirib ki, sözügedən yolda piyada keçidi olsa da, onun asfaltdakı işarəsi tez-tez silinir və xətlərin yenilənməməsi sürücülər, eyni zamanda piyadalar üçün problem yaradır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ