Azərbaycanda koronavirus: son statistika açıqlandı

Azərbaycanda son həftədə koronavirus infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son həftədə COVID-19-dan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, 10 377 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

Ölkədə son həftə ərzində 3089, hazırkı dövrədək isə 7 721 568 test aparılıb.

Qeyd edək ki, son bir həftədə koronavirus (COVID-19) əleyhinə 24 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunan yoxdur, üç və daha çox doza vaksin vurduranların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 təşkil edir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 921, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 533, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 431 təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ