Azərbaycanda sahibsiz itlər insanlara hücum ediblər - video

Şəkidə sürü şəklində küçədə gəzən sahibsiz itlər insanlara hücum edib. Gənc qız ətrafdakıların köməyi ilə xilas olsa da, yaşlı kişi xəsarət alıb.

Xəzər TV-nin məlumatına görə, şəhərin mərkəzində uşaqları itlərdən qorumaq istəyən 70 yaşlı kişini həmin sahibsiz heyvanlar dişləyib. Xəsarət alan şəxsi xəstəxanaya çatdırıblar.

Sakinlər bildiriblər ki, sahibsiz itlərin qorxusundan nə şagirdlər məktəbə, nə də böyüklər işə gedə bilirlər. Sürü ilə gəzən heyvanlar şəhərin ortasında hər kəsə hücum edir.  

Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sahibsiz itləri xüsusi müəssisələr götürərək sığınacaqda yerləşdirməlidir. Belə sığınacaqlar da yalnız paytaxtdadır. Bununla belə, problemin həlli istiqamətində tədbirlər hazırlanır və aidiyyəti orqanlarla məsləhətləşmələr aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ