DYP hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Hazırda​ müşahidə olunan yağışlı,​ dumanlı hava şəraiti​ yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır”.

Bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı çağırışında qeyd edilib.

Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava şəraiti görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün​ digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır:

“Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxüsus səfərə çıxan​ sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyə edirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ