General-polkovnik Məhərrəm Əliyev istefaya buraxılıb səfir təyin edildi

General-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər bir sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək. ki, general-polkovnik Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri (2019-cu ildən 09 dekabr 2023-cü ilədək) olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ