Şəhid ailəsinin evinə hücumda şübhəli bilinən şəxs tutuldu - Foto

Neftçalada şəhid anasının yaşadığı evə basqında şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat xidməti istinadən xəbər verir ki, noyabrın 26-sı Bankə qəsəbəsində yerləşən şəhid ailəsinə məxsus evə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs - rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb.

İlkin dindirilmə zamanı sonuncu törətdiyi cinayət əməlini etiraf edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə sahibənin yaşlı qadın olmasından və tək yaşamasından istifadə edən saxlanılan şəxs, axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ