Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilərin Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.
“Qafqazinfo” bu münasibətlə Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.
Şəlalə xanım sevinc göz yaşlarını saxlaya bilməyib:
“Gözümüz aydın. Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum. Onun sürprizi dünənki ömürlük həbs cəzasından sonra bizə çox böyük hədiyyə oldu. Dövlət başçımıza çox minnətdarıq. Allah onu başımızdan əskik etməsin”.
Digər hərbçi Aşqin Bəbirovun anası Dürdanə Bəbirova də Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Nə deyə bilərəm? Hər zaman sizlər yanımızda oldunuz. Prezidentimizə çox minnətdaram. Ölmüşdük, Prezidentimiz bizi diriltdi. Səsimizə səs verdi, fəryadımızı eşitdi” deyə D.Bəbirova sevinc göz yaşlarına hakim ola bilməyib.