Cərimədən yayınmaq üçün avtomobilin dövlət nömrə nişanına müdaxilə edən şəxs müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu barədə qurumun “WhatsApp” nömrəsinə vətəndaş müraciəti daxil olub:
“Müraciət əsasında sürücü Bəhruz Məmmədovun cərimələrdən yayınmaq məqsədilə idarə etdiyi “Toyota Prius” markalı, 77-DC-247 dövlət qeydiyyat nişanlı avtomobilinə müdaxilə etdiyi aşkarlanıb. Belə ki, sürücü avtomobilin seriyasındakı C hərfini O hərfinə düzəldib. Sürücü yol verdiyi qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib. Bir daha bütün sürücülərdən bu kimi qanunsuz hərəkətlərə yol verməmələri tələb olunur. Belə hallara yol verən şəxslər barəsində daha ciddi tənbeh tədbirləri görüləcək”.